ONN İnformasiya Agentliyi

Bakıdan Şarm əl-Şeyxə birbaşa uçuşlar başladı

Bakıdan Şarm əl-Şeyxə birbaşa uçuşlar başladı
18 İyul 2019 - 21:04

İyulun 18-də Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb.

ONN media xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən tədbirdə Misirin Azərbaycandakı səfiri Adel İbrahim, aeroportun direktoru Teymur Həsənov, Qazaxıstanın “SCAT Airlines” aviaşirkətinin vitse-prezidenti Vladimir Sitnik və digər nümayəndələr iştirak ediblər.

Səfir A.İbrahim Misir turizminin əvvəllər olduğu kimi, son illər ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq beynəlxalq ekspertlərin şahidliyi ilə ölkədə təhlükəsizliyin, sabitliyin olduğunu və hökumət tərəfindən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi təhlükəsizlik qaydalarına riayət edildiyini deyib. O, ölkəsinin turizm bölgələrini ziyarət etmək arzusunda olan, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri qəbul etməyə hazır olduğunu qeyd edib.

A.İbrahim, həmçinin Bakı-Şarm əl-Şeyx birbaşa reysinin Misir və Azərbaycan arasındakı turizm əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyət daşıyacağını bildirib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov isə deyib ki, Misirin istirahət zonası olan Şarm əl-Şeyxə birbaşa uçuşlar iyulun 18-dən etibarən həftənin cümə axşamı günləri Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququ qazanan “SCAT Airlines” aviaşirkətinin “Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək.

O, bu reyslə Misirə səfər edəcək azərbaycanlı turistlərin sayının artacağına ümidvar olduğunu deyib.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png