Bakının bu hissəsində sabah da su olmayacaq

Bakı və Abşeronda bəzi ərazilərdə içməli suyun verilməsində fasilələr yaranıb.

"Azərsu" ASC-dən ONN media-ya verilən məlumata görə, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbəsinin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

Problem 22.01.2018-ci il günün birinci yarısına qədər davam edəcək.