Bakının bu yollarında sürət həddi endirildi

Bakının əsas magistrallarında dumanlı hava şəraiti ilə əlaqədar sürət həddi azaldılıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ONN media-ya verilən məlumata görə, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zuğulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.