ONN İnformasiya Agentliyi

Bakının iqlimi dəyişir? – Akademikdən VACİB AÇIQLAMA

Bakının iqlimi dəyişir? – Akademikdən VACİB AÇIQLAMA
19 Noyabr 2019 - 22:48

Bakıda iqlim dəyişmələri fonunda isti hava dalğalarının sayı xeyli artıb, soyuq hava dalğalarının sayı isə bir qədər azalıb.

Bunu Trend-ə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, 1961-1990-cı illərdə, yəni baza dövrünü əhatə edən 30 il ərzində Bakıda cəmi 2 isti hava dalğası qeydə alınıb və onların davamiyyəti 6 gündən çox olmayıb. Sonrakı 25 il ərzində isə 17 isti hava dalğası hadisəsi müşahidə edilib. Onlardan da 14-ü son 14 ildə baş verib.

R.Məmmədov əlavə edib ki, 1961-1990-cı illərlə müqayisədə 1991-2014-cü illərdə soyuq hava dalğalarının orta sayında nisbi azalma müəyyən edilib.

Akademikin bildirdiyinə görə, 1971-1990-cı illərdə soyuq hava dalğalarının sayı 58, son iki onillikdə isə 51 olub:

“Müasir iqlim dəyişmələri dalğaların davamiyyətinin artmasına da səbəb olub”.

R.Məmmədov qeyd edib ki, baza dövründə Bakıda soyuq hava dalğalarının orta davamiyyəti 5,5 gün, maksimum 6 gün olduğu halda, 1991-2015-ci illərdə orta davamiyyət 7,3 gün, maksimum davamiyyət isə 2010-cu ildə 24 gün təşkil edib. Soyuq hava dalğalarının orta davamiyyəti baza dövründə 4,5 gün, ən uzun dalğanın davamiyyəti 31 gün (1972-ci il) təşkil etdiyi halda, son onilliklərdə orta davamiyyəti 4,4 gün, maksimal davamiyyət isə 21 gün (2012-ci il) olub:

“İki dövrün müqayisəli təhlili göstərir ki, iqlim dəyişmələri fonunda isti hava dalğalarının davamiyyəti də xeyli artıb, soyuq hava dalğalarının orta davamiyyətdə azalması statistik əhəmiyyətli olmayıb. 1961-ci ildən 1978-ci ilədək isti hava dalğası qeydə alınmayıb. 1979-cu ildən 1997-ci ilədək cəmi 3 isti dalğa olub, son onilliklərdə isə Bakıda hər il isti hava dalğası müşahidə edilir. Ən güclü dalga 2010-cu ildə olub”.

Akademik bildirib ki, Bakıda isti hava dalğalarından fərqli olaraq, soyuq hava dalğalarının illər üzrə qeyri-bərabər paylanması müşahidə edilir:

“İki dövr arasında aparılan təhlil göstərir ki, orta qiymətlərdə statistik əhəmiyyətli dəyişiklik yoxdur. 2008 və 2012-ci illərdə anomal soyuqlar müşahidə edilsə də, davamiyyəti və gücünə görə baza dövründəki 1969 və 1972-ci illərin qışı daha soyuq keçib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png