ONN İnformasiya Agentliyi

Bakının mərkəzində yol çökdü – VİDEO

Bakının mərkəzində yol çökdü – VİDEO
30 İyul 2019 - 23:29

İstismar müddəti bitmiş kanalizasiya borusu yolda çökməyə səbəb olub.

Hadisə Binəqədi rayonu, Binəqədi yolunda baş verib. 80-ci illərin sonunda tikilən kanalizasiya kollektri bu gecə partlayıb. Nəticədə yaxın vaxtlarda əsaslı şəkildə qurulan yol keçilməz olub. Yolda bir neçə metr dərinliyi olan çökmə yaranıb

”Azərsu” ASC-nin Bakı Su Kanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov deyir ki, diametri min millimetr olan kollektr 80-ci illərin sonunda tikilib. İstismar müddətini başa vuraraq aşınmaya məruz qalıb. Bu səbəbdən də yolda çökmə baş verib.

Bildirildi ki, həmin yol ən azı iki gün bağlı olacaq. Binəqədi 1 küçəsindən istifadə edən sürücülərə alternativ yollara keçmələri tövsiyyə edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png