ONN İnformasiya Agentliyi

Baş direktor: “Azərbaycanda yeraltı təkanlar günü-gündən artır”

Baş direktor: “Azərbaycanda yeraltı təkanlar günü-gündən artır”
27 Mart 2024 - 12:50

“2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb”.

ONN media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib.

“Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seysmik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun”, – Q.Yetirmişli vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png