ONN media

Baş nazirin müavini: “Azərbaycanda uşaqpulu verilmir” fikrini səsləndirmək doğru deyil

Baş nazirin müavini: “Azərbaycanda uşaqpulu verilmir” fikrini səsləndirmək doğru deyil
11 Sentyabr 2019 - 14:50

Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada “ölkədə “uşaqpulu” verilmir” məntiqini qəbul etmirəm.

ONN media xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: “Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur”.

Ə.Əhmədov vurğulayıb ki, bu baxımdan “Azərbaycanda “uşaqpulu” verilmir” fikrini səsləndirmək doğru deyil: “Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu “uşaqpulu” formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png