ONN İnformasiya Agentliyi

Bayrağımız Londondakı səfirlikdə yenidən dalğalanır

Bayrağımız Londondakı səfirlikdə yenidən dalğalanır
05 Avqust 2022 - 8:33

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan Azərbaycan bayrağı yenidən yerinə bərkidilib.

ONN media xəbər verir ki, hazırda Azərbaycanın Londondakı səfirliyinin önündə yenidən üçrəngli dövlət bayrağımız dalğalanır.

Qeyd edək ki, bir müddət öncə diplomatik nümayəndəliyimiz radikal dini qruplaşma üzvlərinin hücumuna məruz qalıb. Qanunu pozan 8 nəfər London polisi tərəfindən saxlanılıb. Belə ki, səfirliyə hücum edənlər “The Mahdi Servants Union” adlı radikal dini qruplaşmanın üzvləridir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png