Bayram namazı nə vaxt qılınacaq?

Qurban bayramının namaz vaxtları bəlli olub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, bayram namazı avqustun 12-də saat 08:00-da Əjdərbəy məscidində qılınacaq. Bayram namazı eyni zamanda saat 09:00-da Təzə Pir məscidində və ölkənin digər məscidlərində qılınacaq.