Bazarda bu meyvələrə tələbat artıb

Lənkəranda bayramqabağı sitrus meyvələrinə tələbat artıb.

ONN media xəzərxəbər-ə istinadən xəbər verir ki, bunu bazarda yaşanan canlanmadan da görmək mümkündür.

Sitrus meyvələrinin yığımı noyabrda başa çatsa da, fermerlər hazırda Yeni il üçün saxladıqları məhsulu satışa çıxarırlar. Sitrus meyvələrinin yerində qiyməti bazardakından 30-40 faiz ucuzdur.

Fermerlərin sözlərinə görə, məhsul əldə qalmır, alverçilər kəndlərə gəlib, meyvəni topdansatış qiymətə alaraq bazara çıxarırlar. Qiymətlər isə ötən illərlə müqaisədə ucuzdur.

Satıcıların sözlərinə görə isə, qiymətlər qarşıdakı günlərdə də dəyişməz olaraq qalacaq.