ONN İnformasiya Agentliyi

“Belə insidentlər təxribat xarakterli deyil” – Xələf Xələfov

“Belə insidentlər təxribat xarakterli deyil” – Xələf Xələfov
12 Dekabr 2019 - 13:21

“Bilirsiniz, belə insidentlər olur. Onlar təxribat xarakterli deyil”.

ONN media xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında dekabrın 6-da Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirərkən deyib.

“Ola bilsin müəyyən səhvlərdən belə hadisələr baş verir. Belə insidentlər adətən sərhəd xidmətləri arasında keçirilən görüşlər və təmaslar vasitəsilə həll olunur. Ona görə də bu, dövlətlərarası səviyyədə müzakirə olunan məsələ deyil. Danışıqlar prosesi davam etdirilir. Gürcüstan tərəfi ilə hazırda ekspertlərin görüşünün tarixi razılaşdırılır. Biz planlaşdırırıq ki, 2020-ci ilin 1-ci rübündə komissiyanın növbəti iclası keçirilsin. Ümid edirik görüş nəticəsində müəyyən irəliləyişlər və razılaşmalar baş tutacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png