ONN İnformasiya Agentliyi

Belə şəraitdə kəsilən ətlər TƏHLÜKƏLİDİR – VİDEO

Belə şəraitdə kəsilən ətlər TƏHLÜKƏLİDİR – VİDEO
02 Fevral 2018 - 7:33

Antisanitar şəraitdə kəsilən və xəstə heyvan ətləri insan sağlamlığına ciddi təhlükə yaradır.

ONN media Xəzərxəbər-ə istinadən xəbər verir ki, Səhiyyə nazirliyinin Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, əgər ət antisanitar şəraitdə kəsilərsə onda bağırsaq çöpləri yarana və insan sağlamlığına zərər vura bilər. Bundan başqa əgər kəsilən heyvan xəstə olarsa ondan istifadə edənlərdə müxtəlif cür qurd xəstəliklərinin yaranmasına səbəb olur.

Ziyəddin Kazımov bildirir ki, buna görə də heyvanlar yalnız baytar sanitar nəzarətindən keçib sağlam olduğu təsdiqlənəndən sonra kəsilməlidir. Ancaq pərakəndə kəsilən və mənşəyi bəlli olmayan ətlərdən yoluxan xəstəliklər bununla da bitmir.

Bundan başqa keyfiyyətinə şübhə edilən ətlər tamamilə bişirilmədən yeyilməməlidir.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologiya Mərkəzi də insanlara müraciət edərək gigiyenik sertifikatı olmayan və pərakəndə kəsilən ətləri almamağı tövsiyyə edir. Çünki belə ətlərin mənşəyi bəlli olmadığı kimi, onların sağlamlığı ilə bağlı da heç bir məlumatı öncədən bilmək mümkün olmur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png