Binalarda yaşayanlara şad xəbər:SABAHDAN İSTİLİK VERİLƏCƏK

Sabahdan etibarən “Azəristiliktəchizat” ASC  tərəfindən istilik verilməsinə başlanılacaq.
ONN media xəbər verir ki, “qafqazinfo” vəziyyətin necə olması ilə maraqlanıb. Sözügedən qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev  bildirib ki, payız-qış mövsümünə hazırlıq işləri tam başa çatdırılıb:
““Azəristiliktəchizat” ASC-nin bu il işləməsi nəzərdə tutulan qazanxanaları vasitəsilə 3750 yaşayış  binası, 275 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi  və 800-ə yaxın digər sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub. Artıq qazanxanalarda bütün tədbirlər başa çatdırılıb. İstilik xəttləri təkrar hidravlik təzyiqlə yoxlanılıb.
Demək olar ki, hər hansı bir obyektdə problem aşkarlanmayıb. Noyabr ayının 15-dən  Bakıda və respublikamızın regionlarında payız-qış mövsümünə başlanması nəzərdə tutulub.  Sabah hər hansı bir problemin olacağı gözlənilmir.  Xətlərin hamısı yoxlamadan keçirilib, normal vəziyyətdədir.  Problem olsa da, bu dərhal aradan qaldırılacaq”.