ONN media

Bir ödəniş kartından eyni anda ikinci sərnişin istifadə edə bilmir – SƏBƏB? – VİDEO

Bir ödəniş kartından eyni anda ikinci sərnişin istifadə edə bilmir – SƏBƏB? – VİDEO
18 Sentyabr 2019 - 23:09

Bir elektron ödəniş kartından eyni anda ikinci sərnişin istifadə edə bilmir.

Bakı-Sumqayıt-Bakı və Bakı-Bakıxanov-Bakı marşrutları üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlər ödəniş kartından istifadə edən zaman problemlə qarşılaşırlar.Onların sözlərinə görə,bir plastik kartda balans olmasına baxmayaraq yalnız bir nəfər keciddən keçə bilir..İkinci şəxs isə ya kart ,ya da bilet almaq məcburiyyətində qalır.

Məsələ ilə bağlı ”Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinin Məlumat Hesablama Mərkəzinin aparıcı analitiki Ləman Xəlilovanın sözlərinə görə, bir kartdan eyni anda ikinci şəxsin istifadə etməsi texniki baxımdan qeyri-mümkündür. Çünki Stansiyada qiymətlərin tənzimlənməsi məsafəyə görə aparılır.

Qeyd edək ki, sözügedən marşurutlar üzrə elektrik qatarlarından istifadə üçün plastik kartın satış qiyməti 2 manatdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png