Bu ərazilərdə yollar yenidən buz bağlayacaq

Yanvarın 15-də ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı, gecə saatlarında dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq isə yolların buz bağlayacağı gözlənilir.

Bu barədə ONN media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.