ONN İnformasiya Agentliyi

Bu əczaçılara QADAĞA

Bu əczaçılara QADAĞA
31 Yanvar 2018 - 9:59

Azərbaycanda fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməyən əczaçıların əczaçılıq üzrə topdan satış müəssisələrində işləməsinə icazə verilməyəcək.

Bu məsələ Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənmiş topdan satış müəssisəsinin şəxsi heyətinə olan tələblərdə öz əskini tapıb.

Tələblərdə qeyd edilir ki, topdansatış müəssisəsinin fəaliyyəti ilə bağlı digər işlərin görülməsinə uyğun ixtisaslı və təhsilli mütəxəssislər buraxılırlar.

Fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.

Tоpdansatış müəssisələrində işləyən əczaçılar beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar.

Dərman vasitələrinə olan tələb və təklifi öyrənmək, dərman vasitələrinin dövriyyəsinə aid olan xüsusi sənədləri tərtib etmək, dərman vasitələrinin və tibbi ləvazimatların keyfiyyətinə nəzarəti və hərəkəti haqqında hesabatı təşkil etmək, dövlət nəzarətində olan dərman qrupları ilə işləmək və qüvvədə olan normativ sənədlərin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün topdansatış müəssisəsinə kifayət sayda peşəkar əczaçılıq ixtisası olan mütəxəssislər cəlb olunmalıdırlar. (trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png