ONN İnformasiya Agentliyi

Bu gün növbədənkənar parlament seçkisi prosesinə start verilir

Bu gün növbədənkənar parlament seçkisi prosesinə start verilir
07 Dekabr 2019 - 11:10

Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verəcək.

ONN media xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına məlumat verib.

O, bu gün keçirilən iclasın gündəliyini açıqlayıb: “İclasda komissiyaların fəaliyyətə başlaması rəsmiləşdiriləcək, təqvim planı təsdiqlənəcək. Bundan başqa, müraciətlərə baxılması üçün işçi qruplar yaradılacaq. Ondan sonra ehtiyac olarsa, hər gün iclas edəcəyik”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png