Bu günkü mitinq təxirə salındı

AXCP sədri Əli Kərimli sosial şəbəkədə Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqin təxirə salınması barədə elan yazıb.

ONN media xəbər verir ki, partiya sədri elanı “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Mətndə qeyd edilir: “Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin, ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi Milli Şuranın kordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra planlaşdırılan dinc aksiyanın təxirə salınması barədə qərar qəbul edilmişdir”.

Qeyd edək ki, mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyəti Milli Şuraya Qaradağ rayonunda ərazi ayırsa da, MŞ şəhərin mərkəzində, “28 May” metrosu ərazisində icazəsiz aksiya çağırışları edirdi