Bu məhsulların qiyməti kəskin bahalaşdı

Azərbaycanda saqqız bahalaşıb.

ONN media xəbər verir ki, qiymət artımı “Orbit” markalı saqqız çeşidinə tətbiq edilib. Bu fakt marketlərin vitrinlərində təsdiqini tapıb.

Belə ki, marketlərdə 70 qəpiyə satılan “Orbit” markalı saqqız bu gündən etibarən 1 manata satılmağa başlanılıb.

Qeyd edək ki, bu saqqız çeşidi bir müddət idi marketlərdə tapılmırdı.

Alıcılar saqqız “qıt”lığının səbəbini elə planlaşdırılan qiymət artımında görürlər