ONN İnformasiya Agentliyi

Bu metro istiqamətində yeni avtobus marşrutları…

Bu metro istiqamətində yeni avtobus marşrutları…
12 May 2023 - 15:33

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, sıxlığın azaldılması, nəqliyyat infrastrukturunun səmərəli istifadəsi ilə bağlı tədbirlər çərçivəsində Ceyranbatan-“Xocəsən” metro stansiyası-Ceyranbatan, Masazır-“Xocəsən” metro stansiyası-Masazır müntəzəm avtobus marşrutlarını istifadəyə verib.

ONN media xəbər verir ki, agentlikdən verilən məlumata görə, marşrutlar Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin nəticəsinə əsasən fəaliyyətə başlayıb.

Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası istiqaməti üzrə 505 nömrəli marşrut xətti 6, Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası istiqaməti üzrə 506 nömrəli marşrut xətti isə 7 orta tutumlu avtobusla sərnişinlərə xidmət göstərir.

Saat 06:10-dan 22:00-dək sərnişindaşımanı həyata keçirən avtobuslar arasında interval 15-20 dəqiqə təşkil edir.Uzunluğu 24,2 km təşkil edən Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub:

Ceyranbatan qəsəbəsi, Bakı Mühəndislik Universiteti, “AAAF Park” yaşayış kompleksi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Xırdalan dairəsi, Sulutəpə, “Xocəsən” metro stansiyası.

16,7 kilometrlik Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: “Abşeron City” yaşayış kompleksi, “Qurtuluş-93” yaşayış kompleksi, “Yeni Bakı” yaşayış massivi, Masazır dairəsi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Sulutəpə, “Xocəsən” metro stansiyası.

Şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png