ONN İnformasiya Agentliyi

Bu müəssisədən qadınlara qarşı böyük jest

Bu müəssisədən qadınlara qarşı böyük jest
03 Fevral 2023 - 10:51

Biz də öz daxilimizdə qərar qəbul etmişik ki, qadınlar saat 17:00-da işdən çıxsınlar.

ONN media xəbər verir ki, Bakı Ali Neft Məktəbi nümunəvi addım atıb. Bu barədə “Facebook”da “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

Belə ki, sözügedən təhsil ocağının qadın əməkdaşlarının evə vaxtında çata bilməsi üçün işdən saat 17:00-da çıxması qərarına gəlinib.

Paylaşımı olduğu kimi təqdim edirik:

Bakı Ali Neft Məktəbindən nümunəvi addım!

BANM-in rektoru Elmar Qasımov bildirib ki, ali məktəbdə qadınların iş saatı ilə bağlı yeni qərar qəbul edilib:

“Bakı şəhərində hər gün tıxac var. Təbii ki, 18:00-da işdən çıxan qadın evə gec çatır. Biz də öz daxilimizdə qərar qəbul etmişik ki, qadınlar saat 17:00-da işdən çıxsınlar. Bu zaman onlar 18:00-da evdə olur. Fikrimcə, bu, hardasa məişət problemini bir tərəfdən həll edir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png