ONN İnformasiya Agentliyi

Bu nazirlikdə işə qəbul qaydaları asanlaşdı

Bu nazirlikdə işə qəbul qaydaları asanlaşdı
18 Dekabr 2017 - 15:27

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olmaq istəyənlər üçün sınaq müddəti azaldılır.

ONNmedia xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 sentyabr tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları"nda dəyişikliklər edilib.

Yeni dəyişikliklərə əsasən, peşə fəaliyyətinə buraxılması üçün icbari təlimi uğurla bitirmiş namizədlər altı aylıq (əvvəl 1 illik) stajorluq müddəti müəyyən edilməklə müvafiq vəzifələrə təyin edilirlər.

Stajorluq müddətini müvəffəqiyyətlə bitirmiş işçiyə qulluğa yaralılığını, peşəkarlığını və təyin edildiyi vəzifəyə uyğunluğunu müəyyən etmək üçün 3 (əvvəl 6 aylıq) aylıq sınaq müddəti təyin olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png