Bu rayonda yaşayanların NƏZƏRİNƏ

Sabah Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə ONN media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” Qaz Paylayıcı Stansiyasında (QPS) aparılacaq təmir işləri ilə əlaqədar, iyulun 6-da saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.