ONN İnformasiya Agentliyi

Bu şəhərimizdə korona yoxdur – Direktor

Bu şəhərimizdə korona yoxdur – Direktor
04 İyul 2020 - 12:51

Göyçay şəhərində koronavirus xəstəliyinə yoluxma hallarına rast gəlinmir.

Bu sözləri Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov bölgə müxbirinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda rayon əhalisinə xüsusi olaraq nəzarət olunur:

“Bir müddət əvvəl bəzi şəxslərdə şübhəli məqamlar oldu və onlar dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVİD-19-la bağlı vəziyyətə nəzarət olunur”.

O deyib ki, rayon ərazisində virusun qarşısının alınması məqsədilə vaxtaşırı dezinfeksiya tədbirləri də həyata keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png