ONN İnformasiya Agentliyi

Bu şəxslərin də maaşları artırıldı

Bu şəxslərin də maaşları artırıldı
21 Yanvar 2023 - 13:06

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

ONN media xəbər verr ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra№-siKateqoriyalar üzrə dövlət orqanlarıAylıq vəzifə maaşının məbləği (manatla)
1.Ali kateqoriya dövlət orqanlarında400
2.1-ci kateqoriya dövlət orqanlarında385
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında365
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında345

Bu Qərarda qeyd olunan işçilərin mükafat- landırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png