Bu şirkət yeni avtomobil təqdim etdi

“Mercedes-Benz” şirkəti IV nəsil “A-Class” modelini rəsmi olaraq ictimaiyyətə təqdim edib. 

ONN media xəbər verir ki, bu barədə “Autonews.ru” məlumat yayıb.

Hetçbek yeni mühərrik, transmissiya, yarım-avtomat idarəetmə sistemi, həmçinin səsli idarəetmə imkanı verən intuitiv multimedia kompleksi ilə təchiz olunub.

Yeni modelin premyerası Amsterdamda keçirilən qapalı tədbirdə baş tutub. Alman şirkəti bildirib ki, müştərilər ilk hetçbekləri 2018-ci ilin iyun ayından etibarən ala biləcəklər.

Yeni model üzərində iş son bir neçə il davam edib. Həmin vaxt ərzində almanlar 100-dən çox prototipi sınaqdan keçirib. Sınaqlar dünyanın dörd müxtəlif iqlim zonasında: Avropa, Asiya, Afrika və Amerikada həyata keçirilib. Avtomobillər ümumilikdə Almaniya, İtaliya, Finlandiya, Fransa, İspaniya, BƏƏ, CAR, Çin və ABŞ-da 12 milyon kilometr qət edib.

Xarici görünüşünə görə “A-Class” ötən ilin noyabr ayında Los-Anceles avtoşousunda təqdim olunmuş kupe formalı yeni nəsil CLS sedanına bənzəyir.  Avtomobilin eksteryerində əsas özəlliklərdən biri ön işıqların xromlanmış elementlərdən ibarət nazik diodlu lampaları, həmçinin iki seksiyalı fənərləridir.