ONN İnformasiya Agentliyi

“Bu su içməyə yararlı deyil” – “Azərsu” RƏSMİSİ

“Bu su içməyə yararlı deyil” – “Azərsu” RƏSMİSİ
30 İyun 2020 - 9:05

“Artıq bu faktdır ki, Neftçala rayon ərazisində Xəzərin suyu Kürün suyuna qarışıb. Kür çayının suyu həmin hissədə içməyə yararlı deyil”.

Bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Real İntervyu”da qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, bina evlərində də çətinliklər yaranıb və bu, qurum tərəfindən nəzərə alınıb:

“Ona görə biz məcburuq ki, 40-45 km məsafədən, Salyan rayonu ərazisindən maşınlarla su daşıyaq. 3 qəsəbə və 6 kəndin içməli su təlabatını su maşınları ilə ödəyirik. Bina evlərində çətinliklər yaranıb və bunu da nəzərə almışıq. Suyun qismən təmizlənib verilməsini təmin etmişik. Amma insanların diqqətinə çatdırmışıq ki, bu su içməyə yararlı deyil. Bu su ancaq məişət, təsərrüfat işlərinə yarayır. İçmək üçün bizim ora maşınlarla daşıdığımız sudan istifadə edə bilərlər.

Suyun azalmasına görə Sabirabad və Saatlı rayonlarında hardasa 13 kəndə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Gözləyirik ki, həmin kanallara suyun verilişi bərpa olunsun. Biz də insanlara suyu təmizləyib verək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png