Bu tarixlərdə Asan Xidmət işləməyəcək

Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə ONN media-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, bazar günü ASAN Kommunal mərkəzlərində qeyri-iş günüdür.