Bu yollarda sürət həddi endirildi – SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti – Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən ONN media-ya verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.