Bu zülal qocalmanı ləngidir

Hindistan alimləri müəyyən edib ki, mitoxondriyadakı sirtuinlər (SIR) adlandırılan xüsusi zülallar qocalma prosesini ləngidir.

ONN media Lenta.ru-ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri bioRxiv.org-da dərc olunub.

Sirtuinlər müxtəlif zülallardan asetilazların kənarlaşdırılmasını katalizasiya edən fermentlərdir. Araşdırmaya görə, nüvədə olan bir sıra sirtuinlər qida qəbulundan asılı olaraq, həşəratların uzunömürlülüyünü nizamlaya bilir.

Hüceyrəyə lazım olan enerjinin hasil edilməsinə cavab verən mitoxondrlarda sirtuinlər yer alsa da, onların qocalma prosesinə təsirləri indiyə kimi məlum olmayıb.  

Tədqiqatda model orqanizm olaraq drozofil milçəklərindən istifadə olunub. Alimlər mitoxondral SİRT4 sirtuinlərinin aktivliyini boğaraq, həşəratların ömrünün qısalmasına səbəb olub. 

Drozofil milçəklərinin ömrünə qidada olan şəkərlə mayanın qarşılıqlı əlaqəsi təsir edir. Ancaq istənilən qidalanma rejimində həşəratlar qısa müddətdə tələf olub. Bu, qocalma prosesinin süni şəkildə sürətləndirilməsi nəticəsində baş verib.

Gələcəkdə alimlər sirtuinlərin ömrü uzadan funksiyalarını müəyyən edən molekulyar və genetik mexanizmləri araşdırmağa çalışacaq. Bu, qocalmaya qarşı inqilabi terapiyanın ərsəyə gəlməsinə xidmət edə bilər.