ONN İnformasiya Agentliyi

Bulvarda atraksionların yeri niyə boş qalıb?

Bulvarda atraksionların yeri niyə boş qalıb?
22 Sentyabr 2022 - 19:43

Bu yaxınlarda paytaxtdakı Milli Parkın ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion isə sökülüb.

ONN media xəbər verir ki, bir neçə ay əvvəl Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva bildirmişdi ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün ərazidən götürülüb.

Amma sökülən köhnələrin yerinə yeni atraksionlar quraşdırılmayıb.

Məsələ ilə bağlı sayta açıqlama verən K.İmamverdiyeva bildirib ki, yeni atraksionların quraşdırılması üçün iş gedir:

“Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır və layihə üzərində işlər gedir”, – deyə K.İmamverdiyeva əlavə edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png