ONN İnformasiya Agentliyi

Bulvarda pulsuz bayraqlar hədiyyə olunacaq

Bulvarda pulsuz bayraqlar hədiyyə olunacaq
08 Noyabr 2019 - 18:44

Dənizkənarı Bulvarda Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsindən ONN media -ya verilən məlumata görə, sabah saat 12-dən Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz face-art təşkil ediləcək. 10 nöqtədə keçiriləcək aksiyada arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkiləcək. Face-artdan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunacaq.

Face-art Dənizkənarı Milli Parkın aşağıda qeyd olunan nöqtələrində təşkil olunacaq:

Ağ Şəhər (Uşaq meydançası), Dəniz vağzalı “Qorxulu ev” attraksionunun qarşısı, “Park Bulvar”ın yanı (2 nöqtədə), “Sahil” metro stansiyasının çıxışı istiqaməti, Kukla Teatrının ətrafı (2 nöqtədə), Azneft Meydanı, Venesiya Şəhərciyi, Panoram Attraksion.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png