ONN İnformasiya Agentliyi

Cadu edilən adamda hansı hallar olur?

Cadu edilən adamda hansı hallar olur?
21 Yanvar 2020 - 8:12

Cadunun gücü ilə, magiya ilə insanın ömrünə son qoymaq olar və bu, cinayətdir.

ONN media xəbər verir ki, bu sözləri tanınmış ekstrasens Zirəddin Rzayev “İri Plan” kanalına deyib. O bildirib ki, gələcəkdə ola bilsin ki, Cinayət Məcəlləsinə cadu ilə insanı öldürməyə görə məsuliyyət nəzərdə tutan maddə daxil edilsin.

Son vaxtlar insanlarda yayılan “panik-atak” xəstəliyi ilə bağlı ekstasens deyib ki, bu, cadu əlaməti də ola bilər:

“Cadu olunan adamlarda müəyyən simptomlar üzə çıxır. Onlardan biri də qorxulu yuxular, səbəbsiz yerə qorxmalar, həyəcan təbili, həyəcan siqnalı, liftin içində, dar küçədə, zirzəmidə, avtobusda, metroda özünü həddən artıq pis hiss etməkdir. Bu insanlar elə bilir ki, hər şey onların üstünə gəlir, sıxılır, havası çatmır, qorxur, qaçmaq istəyir, işıq yeri axtarır… Buna psixologiyada “panik-atak” deyilir. Amma hər panik-atak o demək deyil ki, sənə cadu olunub və yaxud hər panik-atak psixoloji problem olduğu anlamına gəlmir. Bunun səbəbini araşdırmaq lazımdır. Cadu olunan adamla nevrozun keçirdiyi hisslər eynidir. Cadu olunan adam gedir psixoloq yanına, psixoloq deyir, səndə nevrozdur və min cür dava-dərman edir, adam sağalmır. Və yaxud əksinə, nevroz adam gedir görücünün yanına, görücü yanlış olaraq deyir ki, səndə cadu var”.

Zirəddin Rzayev həmçinin bildirib ki, cadu təmizləyə bilir:

“Cadu təmizləyirəm və ümumiyyətlə, cadu təmizləmək üzrə manyakam. Bu, elə mənim əsas mübarizə apardığım haldır”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png