ONN media

Çatdırılma və quraşdırma pulsuzdur-QEYBƏT ETMƏYİN

Çatdırılma və quraşdırma pulsuzdur-QEYBƏT ETMƏYİN
16 Oktyabr 2019 - 14:54

Bilman İSAQ

İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır.

Bu sadəcə bir ifadə yoxsa cəmiyyətimizdə olan böyük problemlərdən olduğunu gəlin aydınlaşdıraq.

Mövzud cəmiyyətimizdə yaşanan ən geniş şəkildə rast gəlinən xüsusiyyətlərdən biri “dedi-qodu”dur. Vaxtımız, olmasa da dedi-qodu üçün mütləq fürsət tapırıq. Bəzən məhəllələrdə qonşularla, bəzən saatlarla davam edən telefon danışıqlarında bu mənzərəni görmək mümkündür. Ancaq burada  əhəmiyyətli olan, bu əxlaqı yaşayan insanların dedi-qodudan dərin bir zövq almalarıdır. Çünki dedi-qodu əsnasında haqqında danışılan adam hörmətdən salınıb alçaldılarkən, dedi-qodunu edənlər özlərini üstün göstərməyə çalışırlar. Qonşular, dostlar, qohumlar, yoldaşlar, yoldan keçən yad biri belə, hətta evin içi bu dedi-qoduların mənbəyi olur.
Kiminsə arxasinca xoşuna gəlməyən sözlər demək başqasını hörmətdən salıb bizim özümüzün hörmətə qalxmağımız deyil, əksinə özümüzə hörmətsizlikdir. Əgər həqiqətən tənqid olunması lazım olan bir əməl varsa və fayda vermək məqsədiylə danışılırsa, ediləcək ən doğru şey bu vəziyyəti əlaqədar ünvana bildirməkdir. Yoxsa hər kəslə danışıb, qınanan adamın vəziyyətdən xəbərdar edilməməsində  yaxşı bir niyyət yoxdur, bu cahillikdir.

Peyğəmbərə(s.a.s) sual verirlər ki, olanı danışmaq olar? -Peyğəmbərimiz(s.a.s) cavabinda bildirir ki, elə olanı danışmaq qeybətdir, olmayanı danışmaq böhtandır.

(Bəzilərinə çatışmayan cəhətini deyəndə qəbul edə bilmir ki, bu da həmin qeybətin mənbəyi olur. Yəni bu da var.)

Biz başqalarının özümüz haqda danışdığını eşitdikdə böyük bir sıxıntı yaşayırıq. Amma özümüz üçün bu qədər narahat olarkən, başqalarının da narahat olacağını nəzərə almadan bu çirkin hərəkəti edə bilirik.

Halbuki QURANİ-KƏRİM insanları dedi-qodudan məhrum etmişdir.  “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. Bir-birinizin eybini, sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun”.
Əvvəllər eşidərdik ki, qeybəti arvadlar edərdi ki, bu da arvad xislətinə məxsusdur, amma kişilərin qeybəti bu günümüzdə daha çoxalıb. Ona görə də insanlar arasında mehribançılıq, xətir-hormət yavaş-yavaş götürülməkdədir.

Əzizlərim gəlin qeybətə, dedi-qoduya son qoyaq. Necə deyərlər “Kiminsə yanında artıq-əskik danışmayın çatdırılma və quraşdırma pulsuzdur”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png