ONN İnformasiya Agentliyi

Ceyhun Bayramov Klaarla görüşdü

Ceyhun Bayramov Klaarla görüşdü
09 İyun 2023 - 17:09

İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, AB da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun olaraq nəqliyyat-kommunikasiyaların açılması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb.

Qarşı tərəf AB-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Tərəflər, eyni zamanda Azərbaycanla AB arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar//axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png