ONN İnformasiya Agentliyi

Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib – FOTOLAR

Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib – FOTOLAR
26 Oktyabr 2019 - 18:47

“Turan Araşdırma Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” layihəsi çərçivəsində növbəti tədbirini Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində keçirib.

ONN media xəbər verir ki, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədr müavini Cavid İsmayıl deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilməsi, Silahlı Qüvvələrə göstərilən yüksək diqqət və qayğı nəticəsində dünyanın ən güclü orduları sırasında dayanan Azərbaycan Ordusu 2016-cı ildə öz gücünü düşmənə göstərdi. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi nəticəsində Cocuq Mərcanlının təhlükəsizliyi təmin olundu. 1993-cü ildə düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub bütün infrastruktura malik abad qəsəbəyə çevrildi.

Cavid İsmayıl vətənpərvərliyin ən ali insani hiss olduğunu deyib. Bildirib ki, bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgəyaşayışının tarixi təcrübəsi olan Azərbaycan multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib.

Şair, publisist, professor Əhməd Qəşəmoğlu, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazıçı-publisist Yunus Oğuz layihənin əhəmiyyəti, görüşün məqsədi barədə bəhs ediblər.

Çıxışlardan sonra Cocuq Mərcanlı sakinlərinə “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, professor Əjdər İsmayılovun həyata keçirilən layihə çərçivəsində çap edilmiş “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” və digər əsərləri, həmçinin yazıçı-publisist Yunus Oğuzun müəllifi olduğu kitablar hədiyyə edilib.

Tədbirdə vətənpərvərlik ideyalarını, azərbaycançılıq məfkurəsini təbliğ edən, Azərbaycanın məruz qaldığı tarixi faciələri əks etdirən videoçarx nümayiş etdirilib, iştirakçılara bukletlər, broşürlər, videomateriallar paylanıb.

Qeyd edək ki, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adlı layihəsinin məqsədi Vətənə məhəbbət, ölkəmizin ərazi bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib – FOTOLAR
Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib – FOTOLAR
Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib – FOTOLAR
Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib – FOTOLAR
Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib – FOTOLAR
Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib – FOTOLAR
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png