ONN İnformasiya Agentliyi

Çörəyin qiymətində dəyişiklik gözlənilir?

Çörəyin qiymətində dəyişiklik gözlənilir?
25 Aprel 2024 - 20:29

Azərbaycanda çörək və un məmulatlarına tələb azalıb.

ONN media-nın məlumatına görə, vətəndaşlar arasında keçirilən sorğudan da aydın olur ki, əksər ailələr çörəkdən istifadəni minimuma endirib. Səbəb tək qənaət deyil, həm də sağlamlıqdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk rübündə 262.1 min ton çörək istehsal edilib. Bu da əvvəlki dövrlə müqayisədə 8.2 faiz azdır.

İqtisadçı Eyyub Kərimli bildirib ki, çörəyə tələbatın azalması qiymət amilinə təsir edə bilməz.

Rəsmi məlumata görə, 2023-cü ildə də unun istehsalı 2.6 faiz, çörək istehsalı isə 3.1 faiz azalıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png