ONN İnformasiya Agentliyi

Dağıntılar altından azərbaycanlı tələbə tapılıb

Dağıntılar altından azərbaycanlı tələbə tapılıb
07 Fevral 2023 - 17:21

Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Qəhrəmanmaraşda itkin düşmüş azərbaycanlı tələbə tapılıb.

ONN media xəbər verir ki, bu barədə Report-a Qəhrəmanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.

Belə ki, Qəhrəmanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:

“Xəsarətlər alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.

Həmran Əmirli deyib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir:

“Valideynlərinin də məlumatı var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png