ONN İnformasiya Agentliyi

Daha 4 maşın Xankəndiyə buraxıldı

Daha 4 maşın Xankəndiyə buraxıldı
28 Dekabr 2022 - 14:22

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya sülhməramlılarına məxsus avtomobillər növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

ONN media xəbər verr ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə 4 avtomobil ərazidən keçid edib. Onlardan 3-ü BQXK-ya məxsusdur.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Hər 4 avtomobil eyni vaxtda hərəkət edib.

Qeyd edək ki, bu gün BQXK-ya məxsus avtomobillər vasitəsilə Xankəndi-Laçın yolu vasitəsilə milliyyətcə erməni olan 3 ağır xəstə Ermənistana təxliyə edilib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png