ONN İnformasiya Agentliyi

Daha bir gömrük generalı işdən çıxarıldı

Daha bir gömrük generalı işdən çıxarıldı
19 Avqust 2022 - 11:05

Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi işdən çıxarılıb.

ONN media xəbər verir ki, komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.

Qeyd edək ki, general-mayor Vahabov Mirqasım Fazil oğlu 31 dekabr 1955-ci ildə anadan olmuşdur.

1999-cü ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə alıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən 2006-cı ildə “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə, 2009-cu ildə “Gömrük orqanlarında xidmətə görə” III dərəcə döş nişanı, 12 avqust 2014-cü il tarixli əmrə əsasən “Gömrük orqanlarında xidmətə görə” II dərəcə döş nişanı, 24 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

25 may 2012-ci il tarixində Komitə sədrinin müvafıq əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı ilə, 27 may 2015-ci il tarixli əmrə əsasən “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2016-cı il tarixli 1750 nömrəli sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png