ONN İnformasiya Agentliyi

Daha bir vəzifəli şəxs vəzifəsindən azad olundu

Daha bir vəzifəli şəxs vəzifəsindən azad olundu
19 Yanvar 2023 - 13:39

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov işdən çıxarılıb.

ONN media xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi V.Cənnətovun əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar yanvarın 19-u vəzifədən azad edilib.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü V. Cənnətov bu vəzifədə 2021-ci ildən çalışırdı. O, daha öncə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png