ONN İnformasiya Agentliyi

DANX-da yeni təyinat oldu

DANX-da yeni təyinat oldu
10 Avqust 2020 - 15:49

Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) yeni təyinat olub.

ONN media  xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni rəis müavini Fərid Bağırov təyin edilib.

Fərid Bağırov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib. 2000-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “Azərbaycan Hava yolları” QSC, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Ailəlidir, 3 övladı var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png