ONN İnformasiya Agentliyi

Darhan Qydyráli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub

Darhan Qydyráli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
15 Oktyabr 2019 - 13:41

ONN media xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində Türk Akademiyasının Prezidenti Darhan Qydyráli Azərbaycanda görüşlərini davam etdirir. Dünən Akademiyanın prezidenti rəsmi açılışı olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonağı qarşılayrakən “Siz öz evinizə gəlmisiniz”- deyə xitab edib. Bundan sonra Günya xanım Əfəndiyeva Fondun yeni binası ilə Darhan Kıdıralını tanış edib. Fondda saxlanan kitablar, musiqi alətləri, mədəni və milli irsimizə aid olan eksponatlar barədə məlumat verib.

Fondun türk dünyasına xas maddi irsin mühafizəsinə xüsusi diqqət ayırdığını, məhvolma təhlükəsi ilə qarşılaşan tarixi abidələrin siyahısının hazırlanılmasına başladığını vurğulayan G.Əfəndiyeva, həmçinin nümunə olaraq işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi və mədəniyyət abidələrinə vurulan zərər haqqında Fond tərəfindən həyata keçirilən tədqiqat işlərindən bəhs edib.

TWESCO-nun prezidenti Darxan Kıdıralı ağ çadıra bənzəyən binanın çox böyük zövqlə tikildiyini, türk dünyasının mədəni və milli xüsusiyyətlərini özündə əks etdirdiyini gözəl bir nümunə saydığını deyib. O eyni zamanda rəhbərlik etdiyi Akadamiya tərəfindən hər zamankı kimi əməkdaşlığdan məmnun olduğunu söyləyib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Şurasının VII Sammiti çərçivəsində öz qapılarınnı türk xalqlarının üzünə açmasını tarixi hadisə adlandırıb.

Daha sonra hər iki fondun rəhbəri ikitərəfli görüş keçirərək, gələcək planlarını müzakirə ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png