ONN İnformasiya Agentliyi

Deputat: “NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur”

Deputat: “NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur”
19 Noyabr 2017 - 11:51
“NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə Cümhuriyyətinin hazırkı pezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının hədəf kimi gösrərilməsi təəssüfedici haldır”.
ONN media xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
B.Sadıqov bildirib ki, bu xoşagəlməz hadisədir və islamafobiyanın, ikili standartların təzahürüdür: “NATO-nun bu cür hərəkəti diplomatiyada, dövlətlərarası münasibətlərdə yolverilməz addımdır”.
NATO-nun bu məsələyə görə Türkiyədən üzr istəməsinə gəlincə isə B.Sadıqov vurğulayıb ki, NATO rəhbərliyi baş vermiş hadisədən düzgün nəticə çıxarıb: “Türkiyə heç vaxt digər dövlətlərin rəhbərlərinə, tarixi şəxsiyyətlərinə belə münasibət bəsləməyib. Qoy başqaları da bunu öyrənsin”.
Qeyd edək ki, Norveçdə NATO-nun hərbi təlimləri zamanı “düşmənlər”in fotolarının olduğu stend quraşdırılıb və həmin hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri əks olunub.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png