ONN İnformasiya Agentliyi

Deputatlar ölkədə su problemini müzakirə etdi

Deputatlar ölkədə su problemini müzakirə etdi
02 İyun 2020 - 12:17

Su problemi artıq ümumrespublika probleminə çevrilib. Sərhəddə Quşçu Ayrım kəndində, gölün qırağında yerləşən kənd bu göldən istifadə edə bilmir. Çünki göl erməni işğalındadır. Başqa rayonlardan ora su gətirilir. Artezanlar qazılmalıdır ki, su gəlsin.

ONN media xəbər verir ki, bu sözləri parlamentin növbədənkənar iclasında komitə sədri Səməd Seyidov səsləndirib.

O, xatırladıb ki, Qazax rayonunun ərazisindən su axır: “Şıxlı, Daş Salahlı, Yuxarı Salahlı kəndində suyun olmaması başa düşülən deyil. Burada infrastruktur da var. Mən bununla əlaqədar “Azərsu”ya deputat sorğusu göndərmişəm. Bir daha buradan müraciət edirəm. Bu artıq Qazax rayonun problem deyil. Cənab prezident tərəfindən komissiya yaradılıb, işlər görülür. Bu gün əsas problem sudur. Mənim həmkarlarım, ona yaxın deputat da bu məsələ haqqında danışdı. Bu məsələyə həm hökumətin, həm də müvafiq dövlət strukturlarının diqqətinı cəlb edək”.

Spiker Sahibə Qafarova isə Səməd Seyidovun fikirləri ilə razılaşdığını deyib: “Biz sizinlə razıyıq. Bu təkcə bir rayonun problem deyil və təbii ki, işlər görüləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png