ONN İnformasiya Agentliyi

Deputatlara əlavə maliyyə ayrılmalıdır – Təklif

Deputatlara əlavə maliyyə ayrılmalıdır – Təklif
11 Noyabr 2022 - 13:05

ONN media xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deputatlara ezamiyyə xərclərinə ayrılan vəsaitin artırılmasını təklif edib.

O deyib, “Bu gün Milli Məclisin deputatları xarici ölkələrdə Azərbaycan həqiqətlərini çatdırırlar. Ona görə də əlavə maliyyə ayrılmalıdır. Biz xaricdə Ermənistan nümayəndələrinə qarşı Azərbaycanın haqq səsindən çıxış edirik. Hazırda da deputatlarımız səfərdədir. Ayrılan vəsait deputatların ezamiyyət xərcləri üçün kifayət etmir. Ümid edirik ki, məsələyə baxılacaq, dövlət büdcəsinin maliyyə ayrılacaq”. yenisabah.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png