ONN İnformasiya Agentliyi

Dializ xəstələri ilə bağlı açıqlama

Dializ xəstələri ilə bağlı açıqlama
06 İyun 2020 - 21:55

Bu gün sosial şəbəkələrdə böyrək çatışmazlığından əziyyət çəkən və dializə ehtiyacı olan şəxslərin xəstəxanaya getmələrində çətinlik çəkməsi barədə məlumatlar yayılıb. İddia olunub ki, tibbi yardıma ehtiyacı olanlar üçün nəqliyyat vasitəsi tapılmayıb.

ONN media xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün dializlə bağlı müraciət edən xeyli insan xəstəxanalara aparılıb və evlərinə qaytarılıb.

“Bildirmişik ki, Daxili İşlər Nazirliyinə həmin xəstələrin fərdi avtomobilləri ilə gedib gəlməsi üçün müraciət etmişik və onlar özləri gedib gələ bilər. Çünki 103 bu gün ağır iş rejimində işləyib. Bundan başqa, müraciət edənlər ya təcili yardım maşınları, ya da BNA tərəfindən təşkil olunmuş nəqliyyat vasitələri ilə xəstəxanaya aparılıb, daha sonra evlərinə qaytarılıb”, – deyə TƏBİB-in sözçüsü qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png