ONN İnformasiya Agentliyi

Dilqəm Əsgərovun oğlu Prezidentə TƏŞƏKKÜR ETDİ

Dilqəm Əsgərovun oğlu Prezidentə TƏŞƏKKÜR ETDİ
14 Dekabr 2020 - 19:42

7 ildən sonra erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətiriliblər.

ONN media  bildirir ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov sevincini publika.az-a bölüşüb:

“İlk növbədə Azərbaycan Respublikasının Prezidentinə, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Bugünkü sevinci 7 ildən sonra bizə yaşatdı. İşğal altında olan bütün torpaqlarımızın azad olunması ilə yanaşı atamı da girovluqdan azad etdi. Həmişə deyirdim ki, atamı girovluqdan azad edə biləcək şəxs varsa, o da Ali Baş Komandan İlham Əliyevdir. Var olsun Azərbaycan xalqı. Şəhidlərimizə allah rəhmət eləsin. Ordumuza təşəkkür edirəm”.

Hazırda Şəmkirdə olan K.Əsgərov atasının yanına Bakıya gəlmək üçün hazırlaşdığını deyib:

“Hələ ki məndə heç bir məlumat yoxdur, atamla danışmamışam. Sadəcə bildiyim odur ki, hər ikisi Vətəndədir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png