ONN İnformasiya Agentliyi

DİM-dən bakalavrlara MÜRACİƏT

DİM-dən bakalavrlara MÜRACİƏT
11 İyun 2019 - 22:03

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturaya 56 saylı qəbul proqramına aid aşağıdakı ixtisaslaşmaları ali təhsilin akkreditasiyası və ekspertizası üzrə beynəlxalq agentlik olan FIBAA (Foundation for International Business Administration Accreditation) Akkreditasiyasını keçib.

Dövlət İmtahan Mərkəzindən (DİM) ONN media -ya verilən məlumata görə, agentliyin şərtinə əsasən, bu ixtisaslaşmalarda təhsil almaq üçün 2 il iş təcrübəsi tələb edilir (Bax: “Magistr” jurnalı, №4, 2019-cu il, səh.40):

216859 Biznesin idarə edilməsi (MBA proqramı üzrə)

– Biznesin təşkili və idarə edilməsi (idarəetmə informasiya sistemləri, MBA proqramı üzrə, tədris ingilis dilində);

216834 Biznesin idarə edilməsi (MBA proqramı üzrə)

– Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə, tədris ingilis dilində).

Cari ildə 56 saylı proqram üzrə imtahan verərək müsabiqə şərtini ödəyən və həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrlar şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini, əmək kitabçasının notarial qaydada təsdiqlənmiş və ya iş yerinin məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş surətini iyunun 14-dək Dövlət İmtahan Mərkəzinin A.Salamzadə küçəsi, 28 ünvanındakı ofisinə (Asiya Universitetinin binası) təqdim etməlidirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png