ONN İnformasiya Agentliyi

DİN-dən xəbərdarlıq: Bu vətəndaşın öhdəliyidir!

DİN-dən xəbərdarlıq: Bu vətəndaşın öhdəliyidir!
29 Noyabr 2023 - 11:59

Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.

ONN media xəbər verir ki, məlumatda kart məlumatlarının məxfi saxlanılmasının zəruri olduğu bildirilib.

Eyni zamanda vətəndaşlardan özlərini dələduzlardan qoruması istənilib:

“Heç bir halda bank məlumatlarınızı digər şəxslərə təqdim etməyin. Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin. Bank kartında şəxsi məlumatları qorumaq vətəndaşın öhdəliyidir. Kiberdələduzların qurbanına çevirilməmək üçün tanımadığınız şəxslərdən gələn mesajları və bildiriçləri açmayın. DİN vətəndaşları ayıq-sayıq olmağa, bu kimi detalları diqqətdə saxlamağa çağırır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png